Tarix : 2009 Sep 14
Kod 14014

İranın iştirakı olmadan Xəzərin hüquqi statusu təyin oluna bilməz

İİR Xİ nazirliyinin sözçüsü bəyan edib ki, Xəzəryanı ölkələrin 4 tərəfli razılığı İranın iştirakı olmadan etibarsızdır
Xəzər Servisi/Aran Agentliyi

İİR Xİ nazirliyinin sözçüsü bəyan edib ki, Xəzəryanı ölkələrin 4 tərəfli razılığı İranın iştirakı olmadan etibarsızdır.
Həsən Qəşqavi bu gün Tehranda keçirdiyi həftəlik brifinqində Qazaxıstanda İranın iştirakı olmadan Xəzəryanı ölkələrin iclas keçirməsinə münasibət bildirərkən deyib: Tanınmış beynəlxalq qayda-qanunlar və dənizlər, habelə güllərə aid hüquqi statusda aidiyyəti ölkələrin iştirakı zəruri sayıldığı üçün İranın iştirakı olmadan Xəzər dənizinin sahilindəki qalan 4 ölkə arasında əldə olunan razılıq etibarsızdır.
Diplomatın sözlərinə görə , Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələdə bütün sahilyanı ölkələrin hüquqlarına riayət olunmalıdır. İİR isə hər bir tərəfin hüquqlarının təmin edilməsini istəyir. Xəzər dənizinin sülh və dostluq dənizi olduğunu xatırladan Qəşqavi həmçinin qeyd edib ki, dənizin hərbiləşdirilməsi vəziyyəti yalnız mürəkkəbləşdirir. Bu səbəbdən sahilyanı ölkələr arasında konstruktiv dialoqa başlanılmalıdır. İran Xİ nazirliyinin mətbuat katibi sonra deyib: İran xalqı dialoq və müzakirə əhlidir və təkliflər paketi çərçivəsində qərblə müzakirəyə hazırdır. Bu istiqamətində İran rəsmiləri dəfələrlə bildiriblər ki, İran xalqının qəti nüvə hüquqlarını qoruyacaqlar. Bu müzakirə mövzusu ola da bilməz. Lakın nigarançılıqların aradan qaldırılması və "hamıya nüvə enerjisi heç kəsə nüvə silahı" şüarı altında müzakirə aparmaqdan çəkinməyəcək. Qəşqavi qeyd edib ki, qərb ölkələri artıq təfərrüat barədə İranla söhbət etmək yerinə beynəlxalq təhlükəsizlik , nüvə tərki silahı , təmiz enerji, iqtisad və nüvə enerjisindən istifadədə bərabər hüquq məsələləri haqda İranla müzakirə apara bilərlər. Diplomat altılar qrupu ilə müzakirələrə Türkiyənin ev sahibliyi etməyə hazırlığını bildirməsinə də münasibət bildirib. O deyib: Türkiyənin Xİ naziri Əhməd Davudoğlu xarici medialarla müsahibədə ev sahibliyi məsələsini təkzib etdi. Əlbəttə Türkiyə dost və qonşu ölkə olaraq bu sahədə müsbət rol oynamağa çalışır. Qəşqavi həmçinin ABŞ-ın İrana 20 ədəd boing təyyarəsi satmaq niyyətində olması xəbərini rədd edib , bunu mətbuatın subyektiv açıqlaması adlandırıbdır. İran Xİ nazirliyinin mətbuat katibi Rusiyadan İrana havadan müdafiə sistemlərinin qaçaq edilməsi məsələsinə də aydınlıq gətirib : Bu iddia Sionist mediaların düşünülmüş oydurmasıdır. Üstəlik Rusiya tərəfi də İrana silah qaçaqmalçılığı xəbərini təkzib edib-sitatın sonu!
Sonda Yəmənin Sədə bölgəsində baş verənlərə toxunan iranlı diplomat bildirib ki, rəsmi Tehran Yəmənin ərazi bötüvlüyünə və milli hakimiyyətinə hörmətlə yanaşır, qarşı durmanın səhv yol olduğuna inanır.

  • Yazılıb
  • da (də) 2009 Sep 14