Tarix : 2009 Sep 16
Kod 14041

Bakıda 20 mindən çox erməni yaşayır

Bakıda bu gün 20 mindən çox erməni yaşayır. Təqaüdçü Nübar Avakyananini elə qapının kəndarında tapıblar
Azərbaycan Servisi/Aran Agentliyi
Bakıda bu gün 20 mindən çox erməni yaşayır. Təqaüdçü Nübar Avakyananini elə qapının kəndarında tapıblar. Az qala yarım əsrdir ki, Bakıda yaşayan Avakyanani məskunlaşdığı ölkənin dilində güclə danışırmış. Qırıq-qırıq kəlmələrdən erməni qohum-əqrabalarından inciklik duyulsa da, bizdən əsla şikayət etməyib. Hətta özünü azərbaycanlı sayaraq, ermənilərdən torpaq, bizdən isə təqaüdün artırılmasını tələb edib.
Yevgeniya Şagenovna Abdullayevaya adlı digər bir erməni isə ANS-çiləri əsl azərbaycanlı qonaqpərvərliyi ilə qarşılayıb. Onun sözlərinə görə, Azərbaycan hökuməti ona münasibətdə ayrı-seçkiliyə yol verməyib, erməni olması onun nə hərəkətlərini, nə də arzularını mədudlaşdırıb. Azərbaycanı çox sevdiyini, uşaqlarını da burada böyüdüb, boya-başa çatdırdığını söyləyib.Yeganə problemi ev işləri ilə bağlıdır. 19 il dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərsə də, sevimli məşğuliyyətindən ayrılmaq məcburiyyətində qalıb. Özü də azərbaycanlıların münasibətinə görə yox, ermənilərin azərbaycanlıların başına gətirdiyi faciələrdən utandığına görə işdən öz istəyi ilə çıxıb. Erməni qadını təkcə məktəb direktorundan deyil, həm də yaşadığı dövlətin yürütdüyü sülh siyasətindən də məmnundur. Ermənistan rəhbərlərini isə işğalçılıq siyasətini davam etdirdiyinə görə pisləyib.
Bir sözlə, Azərbaycan qəsb olunmuş 20 faiz ərazisinə görə, torpaq azlığı çəksə də, 20 mindən çox erməniyə torpaq qıtlığı yaşatmır. Baxmayaraq ki, onun torpaqsız 1 milyon qaçqını var.


ANS
 
  • Yazılıb
  • da (də) 2009 Sep 16