Tarix : 2009 Sep 17
Kod 14067

İran qazı «Nabucco»ya qoşulacaq

Bu ölkənin təbii qazı da «Nabucco» qaz kəmərinə qoşulsa, Avropanı qazla təminatında problemlər aradan qaldırılar. Bu da ağır dönəmini yaşayan İraq hökumətinin çətin durumdan çıxmasına köməklik edər
İİR Servisi/Aran Agentliyi
“Yeni Şərq”in ANS-əistinadən verdiyi məlumata əsasən, ««Nabucco» qaz kəmərinə İran qazı da qoşula bilər». Bu sözləri Bakıda keçirilən Beynəlxalq Neft-qaz konfransında çıxış edən tədbirin təşkilatçısı, «OMV» şirkətinin rəsmisi Ournel Ayli bildirib.
    Onun sözlərinə görə, «Nabucco» qaz kəməri ötürücü boru kəməridir və bu qaz kəmərinə istənilən ölkə qoşula bilər: "Bu, İran hökumətinin istəyindən asılıdır. Çünki, İran qazının bu kəmərə qoşulması siyasi məsələlərlə bağlı müəyyən problemlər yaradır».
   
    U.Aylı deyir ki, «Nabucco» Avropa ölkələri üçün regionda və dünyada təcrübəli müttəfiq ola biləcək: «Hələ ki, kəmərin tikintisinin özünü doğruldacağı məsələləri araşdırılır. Çunki «Nabucco» qaz kəmərinin çəkilməsinin məqsədi gələcəkdə Xəzər dənəzinin «Şahdəniz» yatağında olan nefti Gürcüstan, Türkiyə, Yunanıstan və İtaliya vasitəsi ilə Böyük Britaniyaya çatdırmaqdır. Təbii ki, bu, 2015-ci ildən sonrakı planlardır. «Nabucco» kəməri daha sonrakı plana görə, Fransa, Almaniya, Polşa, Hollandiya və Avstriya kimi dövlətləri də qazla təmin edə biləcək. Ola bilər ki, daha sonrakı müddətdə «Nabucco» qaz kəməri layihəsinin üzərində daha başqa yeni layihələr həyata keçsin».
   
    Şirkət rəsmisi onu da qeyd edib ki, «Nabucco» qaz kəmərinə İraq qazının da əlavə olunması prosesinə baxıla bilər. Onun sözlərinə görə, İraq dünyanın neft və qazla zəngin olan dövlətlərindən biridir: «Bu ölkənin təbii qazı da «Nabucco» qaz kəmərinə qoşulsa, Avropanı qazla təminatında problemlər aradan qaldırılar. Bu da ağır dönəmini yaşayan İraq hökumətinin çətin durumdan çıxmasına köməklik edər». Böyük Britaniyalı qonaq deyir ki, bu məsələ ilə Türkiyə hökuməti daha yaxından maraqlanmalıdır: «Rəsmi Ankara özü bu məsələdə maraqlı olmalıdır. İraqla-Türkiyə arasında mövcud olan bir sıra problemlər öz həllini tapandan sonra iki tərəf arasında razılaşma imzalana bilər».
   
    Qeyd edək ki, dəyəri 7,9 mlrd. avro olan "Nabukko" kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir.
    Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.
“Yeni Şərq”
  • Yazılıb
  • da (də) 2009 Sep 17