Tarix : 2009 Sep 17
Kod 14073

Gəncə şəhərindəki “Cümə məscidi” bağlanıb

“Cümə məscidi” adlanan məscid Gəncənin Nizami rayonunun Şahsevənlər məhəlləsində yerləşir
Azərbaycan Servisi/Aran Agentliyi
Bu barədə Lent.az-a Gəncədəki mənbələrdən bildirilib. Məlumatda əvvəllər kilsə olan tikilinin sonradan məscid kimi fəaliyyət göstərdiyi deyilir. Məscidin imamı və icmanın rəhbəri İlham İbrahimov Lent.az-a açıqlamasında məlumatı təsdiqləyib: “Bizə gəlib demişdilər ki, dini icmalar yenidən dövlət qeydiyyatından keçməlidir. Biz də sənədləri hazırlamışıq. Ancaq bu gün gəlib möhürlədilər, dedilər ki, qeydiyyatdan keçməmişik. Mədəniyyət və Turizm Nazirliyindən gəlmişdilər. Bir də onların ətraflarında polislər var idi. Dedim ki, heç olmasa beşcə gün vaxt verin, Ramazan bayramından sonra gəlib bağlayarsınız. Ancaq dinləmədilər, məscidin qapısını bağladılar ki, açmayın, ora girməyin, nə vaxt qeydiyyatdan keçərsiniz, onda da açarıq”.

“Cümə məscidi” adlanan məscid Gəncənin Nizami rayonunun Şahsevənlər məhəlləsində yerləşir (Cavadxan küçəsi 9-cu döngə). Burada məhəlləylə eyniadlı icma da fəaliyyət göstərir. Məscidə gələnlər isə əsasən, əhali arasında “vəhhabi” kimi tanınan şəxslər olur. “Cümə məscidi”nə adi günlərdə 30-50, həftənin cümə günlərində isə 200-300 insan yığışıb ibadət edirmiş.

Məsələyə Dini Qurumlarla İş Üzr Dövlət Komitəsindən münasibət öyrənmək mümkün olmayıb.
 
  • Yazılıb
  • da (də) 2009 Sep 17