cümə axşamı günü (17.09.2009), Gəncə şəhəri Polis İdarəsinin əməkdaşı Gəncə sakini olan iki dindarı həbs edib. Gənc dindarların həbs olunma səbəbləri heç gənclərin özlərinədə məlum deyil
Azərbaycan Servisi/Aran Agentliyi
İslam-Azeri.az İnternet Qəzetinin Gəncə-Xaçmaz müxbirinin verdiyi məlumata əsasən, Azərbaycanın Gəncə şəhərində dindarlara qarşı növbəti təzyiq addımı atılıb.
Beləki cümə axşamı günü (17.09.2009), Gəncə şəhəri Polis İdarəsinin əməkdaşı Gəncə sakini olan iki dindarı həbs edib. Gənc dindarların həbs olunma səbəbləri heç gənclərin özlərinədə məlum deyil.
Həbs olunanlardan biri Cəbiyev Azər digəri isə Məşhədi Ramindir.
Ən təəccüblüsü isə Polisin heç bir səbəb göstərmədən gəncləri həbs etməsi və hal-hazırda da səbəbi olmaya-olmaya həbs saxlanılmaladır.
Xəbərlə əlaqəli ətraflı məlumat verəcəyik.