Azərbaycanın Gəncə şəhərindəki məscid qeyri-rəsmi fəaliyyət göstərdiyi üçün bağlanıb. Bunu Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva cümə axşamı bildirib
Azərbaycan Servisi/Aran Agentliyi
“Yeni Şərq”in Trend News-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanın Gəncə şəhərindəki məscid qeyri-rəsmi fəaliyyət göstərdiyi üçün bağlanıb. Bunu Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva cümə axşamı bildirib.
"Alban məbədi kimi tanınan məscidin dini icmasının Dövlət Komitəsində dövlət qeydiyyatı olmayıb. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, onlar icma şəklində qeydiyyatdan keçməyiblər və qanuna zidd olaraq fəaliyyət göstəriblər", - mətbuat xidmətinin rəhbəri vurğulayıb.
Komitə rəsmisinin sözlərinə görə, məscidin imamı qeyri-rəsmi fəaliyyət göstərib. "O, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi şəkildə imam təyin olunmayıb", - Əliyeva deyib.
Gəncənin Şahsevən məhəlləsində yerləşən, əvvəllər Alban kilsəsi kimi fəaliyyət göstərmiş məscid sentyabrın 16-da bağlanıb.
Bir müddət əvvəl paytaxt Bakıda fəaliyyət göstərən "Məhəmməd Peyğəmbərin məscidi" və "Neft Daşları"ndakı məscid sökülüb, məhkəmə Yeni Günəşli qəsəbəsindəki "Fatimeyi-Zəhra" məscidinin sökülməsinə qərar verib, "Şəhidlər" məscidi isə bağlanıb.
“Yeni Şərq”