Azərbaycan Servisi/Aran Agentliyi
Dünən beynəlxalq “Qüds” günüydi. Qüds günü əslində insanlara, müqəddəslərə, digərlərinin torpaqlarına göz dikib, işğal edənlərə qarşı hayqırtı, və bu kimi hər cür zülmə və təcavüzə “yox” demək günüdür.
Bu gün dünyanın müsəlman dünyası arasında qara yara kimi düşmüş qondarma İsrail rejimi adlı bir rejimə etiraz günüdür. Bu etiraz günü təkcə İsrailin işğalına etiraz yox, ümumilikdə işğala qarşı olan bir etiraz günüdür.
Amma nədənsə özü işğala məruz qalmış bir ölkədə dünya səviyyəli bir aksiyaya nəinki laqeyd yanaşırlar, əksinə etiraz edənlərə icazə verilmir və onlara qarşı amansız davranılır. Hələ bunlar bir yana qalsın. Bu gün nədənsə özünü Bütöv Azərbaycan Xalq Cəbhəsi adlandıran bir partiya və onun qəzeti İsrail kimi beynəlxalq mənfur rejimi və onun işğalına olan etiraza kəskin və böhtan xarakterli rəftar nümayiş etdirərək, bu etirazların İranın sifarişi olduğu damğasını vurub. Görəsən özünü həmişə haqq tərəfdarı kimi qələmə verən bu partiya nəyə görə işğala və işğalçıya yox demək əvəzinə işğalçını müdafiə etməyi qarşısına məqsəd qoyub? Bu ciddi bir sualdır. Nə üçün, dünyada analoqu olmayan, 60-ildir ki, sürgün və didərgin düşmüş, vətənlərini işğal nəticəsində əldə vermiş bir xalqın haqq səsinə səs vermək əvəzinə, bu partiya ikili standartlardan çıxış edərək, işğalçını bu kimi yollarla müdafiə edir.
Görəsən illərlə əsir, didərgin, soyqırıma məruz qalmış, torpaqları zorla qəsb olunmuş bir milləti hər cür çətinliklərlə olsa da səsinə səs vermək, hansısa sifarişi yerinə yetirməyə uyğun gəlir, yoxsa kiməsə xoş gəlsin deyə ədalətə göz yumub və məzlumun səsinə səs verməmək hansısa bir sifarişin yerinə yetirilməsindən xəbər verir?! Hər halda ədalətə səs verənlər haqq və onu dəstəkləməyənlər nahaqdırlar!