Azərbaycanda ölmüş İslam diktaturası mövcuddur ki, buda insan haqlarına ziddir"-deyərək hökumətin Azərbaycan vətəndaşlarına qarşı diktatura rejimi tətbiq etdiyini bildirib
Azərbaycan Servisi/Aran Agentliyi
İslam-Azeri.az İnternet Qəzetinin İsrail mətbuatına istinadlı xəbərinə görə, Sionist rejim İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenk, Azərbaycan hökumətinə sərt təhqir və tənqidlər ünvanlayıb.
Beləki, Haaretz qəzetinə verdiyi müsahibədə Azərbaycanda İnsan Haqlarının kobud sürətdə pozulmasını önə çəkib.
Artur Lenk: "Azərbaycanda ölmüş İslam diktaturası mövcuddur ki, buda insan haqlarına ziddir"-deyərək hökumətin Azərbaycan vətəndaşlarına qarşı diktatura rejimi tətbiq etdiyini bildirib.
Artur Lenk Azərbaycanda olduğu müddətdə cəsus həyatını (onun sözlərinə görə "diplomatik həyatını") "cənnət" adlandırıb.
O həmçinin Fəthin sabiq lideri Yasir Ərəfatın o vaxtki Ermənistan səfərinin İsrail-Azərbaycan əlaqələrinin yaxşılaşdırdığını açıqlayıb.
Artur Lenk işlədiyi dövrdə bəzi məmurların rüşvətə meyilli olduğunu üstü örtülü olaraq bildirib.
İşğalçı rejimin cəsus səfiri Livan ilə müharibə və İsrailin Qəzzada törətdiyi terrorlara qarşı etirazlara münasibət bildirərək bu məsələni İranla əlaqələndirib.
Çox qəribədir ki, bu ikiüzlü İsrail cəsusu Azərbaycanda işlədiyi müddətdə Azərbaycan hökumətinin tolerantlıqda və demokratiyada öncül yerdə durduğunu dəfələrlə mətbuata açıqlamışdı.
Heç kim bilmirki, indiki sionist səfir ölkəsinə qayıtdıqdan sonra nələr danışacaq.
P.S. İsrail cəsusunun bu saçmalıqlarını əlbəttə ki qəbul edə bilmərik. Çünki işğala və zülmə məruz qalan Azərbaycan xalqı həmişə zülm və işğala yox deyən xalqların sırasında olub və olacaq. Burada anti-İsrail fəaliyyətləri hansısa ölkə ilə əlaqələndirmək İsrailin növbəti hiyləgər siyasətinin bir hissəsidir. Həmçinin İslam ilə diktaturanı bir yerdə söyləməyin özü də Artur Lenkin İslama olan düşmənçiliyindəndir ki, əslində İslam ilə diktaturanın heç bir əlaqəsi yoxdur.