Tarix : 2009 Sep 19
Kod 14102

NARDARANDA MİTİNQ KEÇİRİLİB

Aksiyada “İsrailə ölüm!”, “Ermənilərə ölüm!”, “Qüdsə və Qarabağa azadlıq!” şüarları səsləndirilib
Azərbaycan Servisi/Aran Agentliyi
“Qüds günü” münasibətilə dünən Nardaran kəndində aksiya keçirilib. Kənd sakini Məşədi Mehmanın APA-ya verdiyi məlumata görə, saat 18.00-da başlayan aksiya 40 dəqiqəyədək davam edib. Aksiyada “İsrailə ölüm!”, “Ermənilərə ölüm!”, “Qüdsə və Qarabağa azadlıq!” şüarları səsləndirilib. Mitinqdə kənd ağsaqqalları çıxış edib, dünyanın işğalçı İsrailə etiraz etməyə çağırıblar. Məşədi Mehmanın sözlərinə görə, mitinq zamanı heç bir insident baş verməyib.
Qeyd edək ki, aksiya başlamazdan bir neçə saat əvvəl aksiyanın təşkilatçılarından olan Məşədi Natiq Kərimov Sabunçu rayon Polis İdarəsinə dəvət edilib. O dindirilib və sərbəst buraxılıb.
  • Yazılıb
  • da (də) 2009 Sep 19