Tarix : 2009 Sep 19
Kod 14103

Milli-Mənəvi Dəyərlər İctimai Birliyi Qüds günü ilə əlaqədar İsrail səfirliyi qarşısında aksiya k...

dünən səhər saatlarında 100-110 şəxs İsrail səfirliyi qarşısında İsrailə etiraz əlaməti olaraq etiraz aksiyası keçirib
Azərbaycan Servisi/Aran Agentliyi
Milli-Mənəvi Dəyərlər İctimai Birliyi Qüds günü ilə əlaqədar İsrail səfirliyi qarşısında aksiya keçirib

İslam-Azeri.az internet qəzetinin xüsusi müxbirinin verdiyi məlumata görə dünən səhər saatlarında 100-110 şəxs İsrail səfirliyi qarşısında İsrailə etiraz əlaməti olaraq etiraz aksiyası keçirib.

Aksiyada 38 nəfər həbs edilib.

Saxlanılanlar Yasamal Rayon Baş Polis İdarəsinə aparılıb.

Aksiya zamanı Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov da həbs edilib.

Aksiya zamanı qətnamə oxunsada polis aksiyanın keçirilməsinə maneə yaradıb.

Lakin aksiya baş tutmuş hesab edilib.

Aksiyada oxunan qətnamənin tam mətni

QÜDS Günü münsibətilə keçirilən etiraz aksiyaçılarının

QƏTNAMƏSİ

Biz bu gün, Beynəlxalq Qüds günü dünya müsəlmanları ilə həmrəy olaraq başda Fələstinli məzlumlar olmaqla, bütün zülmə məruz qalanlara dəstək, başda İsrail və ABŞ olmaqla terrorçu və işğalçılara etiraz edirik.
İsrail rejiminin ölkəmizdəki səfirliyindən isə Azərbaycanı tez bir zamanda tərk etməsini və keçmiş səfir Artur Lenkin Azərbaycan xalqının ünvanına dediyi təhqirlərə görə başda inanclı müsəlman olmaqla bütün xalqımızdan üzr istəməsini tələb edirik. Bütün İslami çevrələri isə İsrail və sionist mallarını boykot etməyə çağırırıq.
  • Yazılıb
  • da (də) 2009 Sep 19