Azərbaycan R-nın polisi və təhlükəsizlik qüvvələri Sionist rejimin Bakıdakı səfirliyi önündə Qüds gününün sakit aksiyasına hücum edərək aksiya iştirakçılarını repressiyaya məruz qoyublar
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan R-nın polisi və təhlükəsizlik qüvvələri Sionist rejimin Bakıdakı səfirliyi önündə Qüds gününün sakit aksiyasına hücum edərək aksiya iştirakçılarını repressiyaya məruz qoyublar.
Bakıdakı müxbirimizin verdiyi məlumata əsasən aksiya iştirakçıları "Allah-əkbər" , "Sionizmə ölüm" və "İsrail məhv edilməlidir" şüarları verərək Sionist rejimin cinayətlərinə qarşı öz nifrətlərini nümayiş etdiriblər. Azərbaycan R-nın polisi və təhlükəsizlik qüvvələri aksiya iştirakçılarını yatırdaraq onlar tərəfindən qətnamənin oxunmasının qarşısını alıb.
Polis həmçinin aksiya iştirakçılarından 38 nəfərini həbs edərək Yasamal rayon polis idarəsinə aparıb. Azərbaycan R. Milli Mənəvi Dəyərlər Birliyinin Sədri Hacı Mehdi Məmmədovu həbs edilənlər arasındadır.
Aksiya iştirakçıları tərəfindən yayımlanan qətnamədə bildirilib ki, biz də bütün dünya müsəlmanları ilə birgə terrorçu Sionist rejimini pisləyirik və bu rejimin Bakıdakı səfirliyinin bağlanmasını istəyirik.
Bu qətnamədə həmçinin Azərbaycan R. xalqından və başqa islami ölkələrin xalqlarından istənilibdir ki, Sionist rejim məhsullarını boykot etsinlər. Həmçinin Ümumdünya Qüds günü münasibəti ilə bu gün Nardaranda da aksiya keçirilibdir.