Qüds Gününün ümumi müraciəti və mesajının məfhumu islam ümmətinin zülmə tabe olmamasındandır. Məgər bir zalım tərəf ən böyük hegemonçu dövlətlərin himayəsinə malik olsun
İİR Servisi/Aran Agentliyi
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xamenei şəvvalın 1-də mübarək Fitr bayramı namazının xütbələrində böyük İran xalqının Ümumdünya Qüds Günü həmrəylik nümayişində geniş və misli görünməmiş yürüşlərdəki iştirakından məmnunluq ifadə ediblər.
Dünya müsəlmanlarının Vəli-Əmri Tehranda mübarək və səadətli Fitr bayramı münasibəti ilə böyük İran xalqı və dünya müsəlmanlarını təbrik edərək Qüds Gününü haqqı himayə simvolu saymış və onun ədalətin zülm qarşısında möhkəm mövqe nümayiş etdirməsinin nümunəsi adlandırmışlar.
Həzrət Ayətullah-əl-üzma Xamenei Ümumdünya Qüds Günündə qərb mediaları və əcnəbi dairələrin islam ümmətinin geniş həmrəyli nümayişinin əzəmətini zəif göstərmək sahəsindəki səylərinə işarə və deyiblər: Qüds Günü təkcə Fələstinə xas olan bir gün deyil. Əksinə islam ümməti və müsəlman xalqların xərçəng şişi olan İsrail rejiminin əleyhinə mövqe tutduqları gün olmaqla yanaşı bu qanunsuz rejimə qarşı möhkəm fəryad ucaltdıqları gündür.
Böyük İnqilab Rəhbəri vurğulayıblar: Qüds Gününün ümumi müraciəti və mesajının məfhumu islam ümmətinin zülmə tabe olmamasındandır. Məgər bir zalım tərəf ən böyük hegemonçu dövlətlərin himayəsinə malik olsun.
O həzrət çıxışının digər hissəsində bəzi ölkələrin dövlət başçılarının qorxmalarına, xüsusilə sözü gedən bu qüvvələrin bəzi qərəzli media və kütləvi informasiya vasitələrinin İran xalqının iradəsi ilə bağlı verdikləri məlumatlarına aldanmalarına işarə edib və xatırladıblar: Qüds Günü bütün dünyada İran xalqının görünən həqiqi əzəməti və iradəsini nümayiş etdirdi.
Dünya müsəlmanlarının Vəli-Əmri çıxışının digər hissəsində müqəddəs müdafiə həftəsinin gəlib çatmasına toxunaraq İranın müxtəlif bölmələrdəki uğurlu iştirakı və bu ölkə xalqının elmi sahələrdəki nailiyyətlərini xalqın müqəddəs müdafiə dönəmindəki içəridən qaynaqlanan istedadlar və imkanları ilə əlaqələndirib və ona borclu bilmişlər.
İslam İnqilabının Böyük Rəhbəri habelə İrandakı son prezident seçkilərindən sonra tutulan müttəhimlərin işinə baxılması və müttəhimlərin etiraf etmələrinin keyfiyyətinə toxunaraq deyiblər: Müttəhim şəxslərə qarşı irəli sürülən ittihamlarda müttəhimlərin etirafı yetərlidir. Ancaq günahları sübuta yetirilməyincə şəxsləri ittihamlandırmaq rəva deyil. Ona görə də başqalarını bəzi müttəhimlərin isbat olunmamış sözlərinə istinad edərək ittihamlandırmaq olmaz. Bu da yolverilməzdir və zülmdür və dini nəzərdən rəva deyil.