Tarix : 2009 Sep 21
Kod 14129

Masonluğun Azərbaycandakı izləri

Məlum olduğu kimi, masonluq müasir dövrdə bir çox ziyalıların, jurnalistlərin, ədiblərin, tarixçilərin, yazıçı-publisistlərin maraq göstərdiyi, haqqında yazılar qələmə aldıqları mövzulardandır
Azərbaycan Servisi/Aran Agentliyi
Məlum olduğu kimi, masonluq müasir dövrdə bir çox ziyalıların, jurnalistlərin, ədiblərin, tarixçilərin, yazıçı-publisistlərin maraq göstərdiyi, haqqında yazılar qələmə aldıqları mövzulardandır. Bəzilərinə görə, masonluq gizli bir təşkilat, bəzilərinə görə isə təhlükəli bir şəbəkədir. Masonluq Azərbaycanda da bu və ya digər şəkildə mövcuddur.Əsasən də simvollar şəklində. Bəzi iddialara görə, Bakıda bir çox binaların üzərində masonluğun işarələri var. Məsələn, keçən əsrin əvvəllərində Bakıda inşa edilmiş binanın (Xanlar küçəsi, 4) üzərindəki üçbucaq içindəki göz, mala, düzbucaqlı üçbucaq və pərgar masonik simvoldur. Həmçinin Azərbaycan Dövlət Neft Akademiyasının binasının giriş qapısının üstündəki işarənin də masonluqla əlaqəsinin olduğu söylənir. Müasir dövrdə isə mason lojalarında hətta “böyük ustad” dərəcəsinə qədər yüksəlmiş həmvətənlərimizin olduğu haqda məlumatlar var. ABŞ-dakı “Nur lojası” “Azəri lojası”-nın qurulmasında fəal iştirak etmişdi. Əvvəlki illərə nisbətən Azərbaycanda masonluq geniş yayılıb. Bu telekanallarda daha çox bəlli olur. Masonluğun əsas hədəfi insanların beynini yumaqdır. Bu yaxınlarda adının çəkilməsini istəməyən yaşlı adam redaksiyamıza zəng edib şəhərin müxtəlif yerlərində mason işarələrinin bir neçə gözəgəlimli yerləri bəzədiyini dedi: “Milli Bankın qarşısındakı parkda, demək olar ki, hər gün otururam. Son vaxtlar burda bir şey diqqətimi cəlb edib. Bu parkı mason işarələri ilə bəzəyiblər. Belə ki, ətrafdakı işıq dirəkləri və kiçik bəzək üçün dirəklər mason simvolu olan dirəklərlə bəzədilib”.
Yeni tikilmiş “Buta” sarayının yaxınlığında inşa edilmiş körpünün üstündə bir işarə də diqqətimizdən yayınmadı. Rəyini öyrəndiyimiz ekspertin sözlərinə görə, burada əjdaha başına oxşar mason simvolu var.
Ən maraqlı mason simvolu isə paytaxtımızda göz oxşayan yer olan “İçərişəhər” metrosudur. Metronun şüşədən tikilən piramidası Parisdəki Luvr muzeyinin qarşısında ucalan piramidanın eynisidir. Bu tikili təsadüfi deyil. Buna baxmayaraq araşdırma aparmaq qərarına gəldik.
Masonluğun simvolları Qafqaz Universitetinin həyətini də xüsusi ilə bəzəyib. Rəhbərlik bu simvoldan xəbərləri olmadıqlarını deyir. Rəhbərliyi qınamırıq. Çünki “Qafqaz”ın çox hüquq fakültəsinin hörmətli dekanı universitetin “F” (Fətullah Gülən-T.T) olduğundan xəbəri yoxdur: “Mən Qafqazın F hərfində olduğunu "Yeni Müsavat" qəzetindən öyrənmişəm. Ondan öncə xəbərim yox idi". O ki qalmışdı universitetin həyətində mason simvolunun olmasına...
Masonların məqsədi dünyanı idarə etməkdir. Bu idarəetmə isə müəyyən qurbanlar tələb edir. Bəzi iddialara görə, müasir dünyanın əsas bəlasına çevrilmiş narkomaniya, abort, qeysəriyyə yolu ilə doğuş, QİÇS (ictimaiyyət arasında SPİD kimi tanınan) xəstəlikləri məhz masonlar vasitəsi ilə yaradılıb və yayılıb. Deyilənlərə görə, Amerika laboratoriyalarında, məsələn, QİÇS-in müalicəsi var. Amma bu xəstəliyin başqa formada müalicəsi və ona qarşı mübarizə adı altında milyardlarla dollar qazanıldığı üçün QİÇS-in müalicəsinin sirri ört-basdır edilir.
Bizim əksər telekanallar və radiolar da masonluğu bu və ya digər şəkildə təbliğ edirlər. Bütün gün yersiz şou-proqramlarla, teleseriallarla kütləni özlərinə cəlb edirlər. Beləliklə də cəmiyyətdə savadsızlıq, kütləşmə gündən-günə və çox sürətlə yayılır.

Nəzərinizə çatdıraq ki, mason lojası sionist Israilin xüsusi xidmət orqanı Mossad tərəfindən yaradıldığı analitiklər tərəfindən uzun zamandır bildirilir.
  • Yazılıb
  • da (də) 2009 Sep 21