Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Rusiyaya işgüzar səfəri başlayıb
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Rusiyaya işgüzar səfəri başlayıb. Bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Aleksey Kuznetsov məlumat verib.
Onun məlumatına görə, Rusiya və Azərbaycan müdafiə nazirləri iki ölkə arasında gələcək hərbi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.
Azərbaycan müdafiə nazirinin səfəri sentyabrın 24-ə qədər davam edəcək. Səfər çərçivəsində müdafiə nazirin Sankt-Peterburqdakı Leninqrad hərbi dairəsinin qərargahına da baş çəkəcək.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyinə görə, səfər çərçivəsində Rusiya ilə Azərbaycan arasında 2010-cu ildə ikitərəfli hərbi əməkdaşlıq planının da imzalanması gözlənilir.