Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, ABŞ-da onunla görüşə gələn sionist yəhudilərə deyib ki, "İranın döyüş deyil, sülhməqsədli nüvədən istifadə edir"
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, New Yorkda ABŞ-dakı yəhudi sionist təşkilatlarının nümayəndələriylə keçirdiyi görüşdə, İran İslam Respublikasının nüvə silahı ardınca olmadığını vurğulayaraq, İranın yalnız sülh məqsədli bir nüvədən istifadə etdiyini söyləyib.
Yəhudi təşkilatlarının nümayəndələri baş nazir Ərdoğana yaxın zamanlarda İsraili ziyarət etməsinin gündəmdə olub-olmadığını soruşduqda, Ərdoğan hələ dəqiqləşmiş bir şey olmadığını, ancaq BMT-nin ümumi konfransından sonra Türk və İsrail xarici işlər nazirlərinin hər an görüşə biləcəklərini söylədiyi bildirib.
Qatil İsrailin Qəzzaya hücum tətbiq etdiyi günlərdə Davosda sionist Pereslə çox sərt bir mübahisəyə girən Ərdoğan, özünü uşaq kimi danlamağa cəhd edən yəhudi Peresə heç ümid etmədiyi bir cavab verərək, İsrailin iyrənc üzünü bir daha canlı verilişdə dünyaya əks olunmasını təmin etmişdi. Buna görə də, uzun müddət sionist kartel mediası tərəfindən "one minut" ifadəsiylə mətbuatın dilinə düşmüşdü. Müsəlman Türk xalqı, Ərdoğanın Davos çıxışının ardını da gətirməsini xahiş edərək, Davosdan qayıdarkən onu aerodromda böyük bir izdihamla qarşılamışdı.