İran Tehranda keçirilən "Müqəddəs müdafiə həftəsi" adlı hərbi paradda ballistik raketin yeni növü "Secil-2" raketini nümayiş etdirib
İİR Servisi/Aran Agentliyi
“Yeni Şərq”in FARS agentliyinə istinadən verdiyi xəbərə əsasən, İran Tehranda keçirilən "Müqəddəs müdafiə həftəsi" adlı hərbi paradda ballistik raketin yeni növü "Secil-2" raketini nümayiş etdirib.
"Secil" "Şahab - 3" və "Qədr" raketlərindən sonra ən güclü raketdir. "Secil" İranda kütləvi şəkildə istehsal olunmağa başlayıb.
"Secil" raketləri ötən il sınaqdan keçirilib. "Şahab-3" və "Qədr" raketlərindən fərqli olarq bu raket bərk yanacaq ilə işləyir. Eyni zamanda daşına biləndir və 2000 km-dəki hədəfi vura bilir.