İran prezidenti Mahmud Əhmədinejad BMT Baş Assambleyasındakı ümumi siyasi müzakirələrdə çıxış edib
İİR Servisi/Aran Agentliyi
“Yeni Şərq”in Rusiya KİV-inə istinadən verdiyi xəbərə əsasən, İran prezidenti Mahmud Əhmədinejad BMT Baş Assambleyasındakı ümumi siyasi müzakirələrdə çıxış edib. O, BMT Təhlükəsizlik Şurasının bir neçə üzvünün dünyada hakim mövqe tutmasının qəbuledilməz olduğunu bildirib: “Qərarları demokratik üsullardan istifadə etməklə bütün millət və dövlətlərin rəyini ifadə etməli olan BMT və Təhlükəsizlik Şurası bir neçə hökumətin təsiri altındadır. BMT və Təhlükəsizlik Şurası həmin ölkələrin maraqlarına xidmət edir”.
Mahmud Əhmədinejad bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququ ləğv edilməlidir. Onun fikrincə, BMT-dəki islahatların hədəflərindən biri Təhlükəsizlik Şurasının strukturundakı islahatlar, xüsusilə, veto kimi diskriminisiya üstünlüyünün ləğvi olmalıdır.
“Yeni Şərq”