Türkiyə Servisi/Aran Agentliyi
FaktXəbərin verdiyi məlumata görə, BMT-nin iqlim dəyişikliyinə həsr olunan konfransda çıxış edən Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan, beynəlxalq ictimaiyyəti, Qəzzaya 9 ay bundan qabaq baş verən müharibədən sonra arxa çevirməkdə ittiham edib. Fələstində milli razılaşmanın əldə olunacağı təqdirdə müstəqil Fələstin dövlətinin qurulmasının sürətləndirəcəyini vurğulayan Ərdoğan, İsrailin 2008-ci ilin sonunda Qəzzaya elan etdiyi müharibəni insani faciə olaraq xarakterizə edib. Bundan əlavə İsraili sərt tənqid edən baş nazir Ərdoğan bildirib ki, "İsrail fosfor silahından istifadə edərək, 1400-ə yaxın insan; uşaq, qadın, qətlə yetirib. 5 minə yaxın insan yaralanıb və Qəzzanın infrastrukturu yerlə bir olub. BMT-nin Qəzzadakı binaları da müharibədən xilas ola bilməyib"
Beynəlxalq ictimaiyyətin Qəzzaya yenidənqurma işləri və bundan başqa digər yardımlar üçün kömək etməli olduğunu xatırladan Ərdoğan, "Kədərlənərək söyləməliyəm ki, Qəzzadakı insani faciə hələ də davam edir. İnsanlar çadırlarda yaşayır. İnsanlar içməli su tapa bilmir. Görəsən bu vəziyyətdə biz insani vəzifəmizi yerinə yetiririkmi? Görəsən BMT nə edə bilir? Və ya Təhlükəsizlik Şuras nə edə bilir. Belə bir sanksiya gücü varmı yoxmu? Qəzza üçün verilən vədlərə əməl olunmadı".