Ekstermizim, eləcə də onunla sıx bağlı olan terrorizm və dini fanatizm əleyhinə mübarizə kimi çağırışlara cavab verməyə hazır olmalıyıq
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan, paytaxtı olmaqla Qüds müstəqil və suveren Fələstin dövlətinin yaradılması üzrə cəhdləri dəstəkləyir, cümə günü Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Islam Konfransı Təşkilatının (İKT) üzv ölkələrinin XİN rəhbərlərinin iclasında çıxış edərkən deyib.
"Fələstindəki vəziyyət və Qüds problemi islam ictimaiyyəti üçün aktual mövzu kimi qalır və İKT üzvləri beynəlxalq ictimaiyytədə bu məsələ üzrə vahid mövqedən çıxış etməlidirlər. Azərbaycan paytaxtı Qüds olmaqla müstəqil və suveren dövlət yaradılması yolunda fələstin xalqını dəstəkləyir", - Məmmədyarov deyib.
"Ekstermizim, eləcə də onunla sıx bağlı olan terrorizm və dini fanatizm əleyhinə mübarizə kimi çağırışlara cavab verməyə hazır olmalıyıq", - Məmmədyarov deyib.
Onun sözlərinə görə, Azərbaycan gələcəkdə də İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq etmək niyyətindədir və 2014-cü ildə İKT sammitinin Bakıda keçirilməsinə ərizə verib.
Həmçinin Azərbaycan ümid edir ki, BMT Təhlükəsizlik Şurasında təmsil edilən İKT üzv ölkələri 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasına müvəqqəti üzvülüyə Azərbaycanın namizədliyini dəstəkləyəcəklər.
Azərbaycanın müvəqqəti üzvlüyü 2011-ci ildə BMT Baş Assambleyasının 66-cı sessiyasında müzakirə ediləcək.
Məmmədyarov deyib ki, İKT-nin Dağlıq Qarabağ münaqişəsi üzrə qərarları və qətnamələri Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı məsələsində beynəlxalq ictimaiyyətin, eləcə də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının yanaşmasının formalaşması üçün faydalı olub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məmmədyarovun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və prinsiplər, BMT və İKT qətnamələri, eləcə də ATƏT sənədləri çərçivəsində həllinin tərəfdarıdır və İKT-in üzv ölkələrinin gələcək dəstəyinə ümid edir.Trend