Azərbaycan Servisi/Aran Agentliyi
Sentyabrın 27-də axşam Bryanskda azərbaycanlılar və ruslar arasında kütləvi dava düşüb. Verilən məlumata görə, Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidməti davanın “311 kvartal” yaşayış mikrorayonunda baş verdiyini bildirib. Davada 20-30 nəfər iştirak edib. Hələlik baş verən hadisənin motivləri, yaralananlar və tutulanlar barəsində heç bir informasiya yoxdur.