Tarix : 2009 Sep 28
Kod 14243

Rusiyada azərbaycanlılar və ruslar arasında dava olub

Milis davada 30-dək adamın iştirak etdiyini bildirib
Azərbaycan Servisi/Aran Agentliyi

Sentyabrın 27-də axşam Bryanskda azərbaycanlılar və ruslar arasında kütləvi dava düşüb. Verilən məlumata görə, Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidməti davanın “311 kvartal” yaşayış mikrorayonunda baş verdiyini bildirib. Davada 20-30 nəfər iştirak edib. Hələlik baş verən hadisənin motivləri, yaralananlar və tutulanlar barəsində heç bir informasiya yoxdur.

  • Yazılıb
  • da (də) 2009 Sep 28