Tarix : 2009 Oct 05
Kod 14321

İsrailin İstanbuldakı konsulluğu qarşısında piket keçirilib

İsrailin İstanbuldakı baş konsulluğu qarşısında etiraz aksiyası keçirilib. Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib
Türkiyə Servisi/Aran Agentliyi

Piket İsrailin Qüdsdə müsəlmanlara qarşı yüyürdüyü siyasətə etiraz olaraq təşkil edilib. Piket iştirakçıları gecə saatlarından etibarən konsulluq qarşısında İsrail əleyhinə şüarlar səsləndiriblər. Bu gün saat 16.00-da İstanbulun Taksim meydanında isə İsrail əleyhinə mitinq keçiriləcəyi gözlənilir.

  • Yazılıb
  • da (də) 2009 Oct 05