Nabukko" kəməri işə düşsə, Azərbaycan bu kəmərə ildə 7 milyard kubmetr qaz ötürə bilər
Azərbaycan Servisi/Aran Agentliyi
“Yeni Şərq”in verdiyi məlumata əsasən, "Nabukko" kəməri işə düşsə, Azərbaycan bu kəmərə ildə 7 milyard kubmetr qaz ötürə bilər. Bu barədə Buxarestdə keçirilən Qara Dəniz Enerji və İqtisadi Forumunda Dövlət Neft Şirkəti vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib. Onun sözlərinə görə, bu həcm kəmərin gücünün təxminən 25 faizini təşkil edir.
Qeyd edək ki, dəyəri 7,9 milyard Avro olan kəmərin illik ötürmə gücü 31 milyard kubmetr proqnozlaşdırılır. İlk qazın 2014-cü ildə nəqli nəzərdə tutulur.
“Yeni Şərq”