Tarix : 2009 Oct 09
Kod 14396

ABŞ Qəbələdən əl çəkməyib

ABŞ Armavir yaxınlığındakı və Qəbələdəki RLS-lərdən birgə istifadə ilə bağlı Rusiyanın təklifinin müzakirəsindən imtina etməyəcək. Bunu Birləşmiş Ştatlar Dövlət Departamentinin rəsmisi bəyan edib
Azərbaycan Servisi/Aran Agentliyi
   “Yeni Şərq”in verdiyi məlumata əsasən, ABŞ Armavir yaxınlığındakı və Qəbələdəki RLS-lərdən birgə istifadə ilə bağlı Rusiyanın təklifinin müzakirəsindən imtina etməyəcək. Bunu Birləşmiş Ştatlar Dövlət Departamentinin rəsmisi bəyan edib.
    “Radar mövzusu ABŞ prezidentinin elan etdiyi planın bir hissəsi deyil. Amma bu məsələ gündəlikdən çıxarılmayıb. Biz əvvəllər də hər zaman demişik və indi də Rusiyanın raket əleyhinə müdafiə sistemində hansı formada iştirak edə biləcəyini müzakirə etməyə səy göstəririk”-deyə amerikalı məmur bildirib. Onun sözlərinə görə, müvafiq əməkdaşlıq üçün bir sıra variantlar mövcuddur. Jurnalistər ABŞ-ın Qafqazdakı radarlardan birindən istifadə planları barədə soruşduqda isə Dövlət Departamentinin rəsmisi “bunun Rusiya ilə əlaqəsi yoxdur” cavabını verib.
    Xatırladaq ki, Qəbələ RLS-dən birgə istifadə ilə bağlı təklifi ilk dəfə Rusiyanın sabiq perizidenti Vladimir Putin tərəfindən 2007-ci ilin iyununda Almaniyanın Hayligendamm şəhərində “Böyük səkkizlik” sammitində səsləndirilib. Rəsmi Bakı isə dəfələrlə bəyan edib ki, Rusiya və ABŞ arasında raket əleyhinə müdafiə sistemləri ilə bağlı dialoq çərçivəsində Qəbələ RLS-dən birgə istifadə ilə bağlı təklifləri müzakirə etməyə hazırdır. Stansiyanın mülkiyyətçisi olan Azərbaycan Moskva ilə Vaşinqton arasında danışıqlara qoşulmalıdır. Amma hələlik rəsmi Bakı məsələ ilə bağlı heç bir sorğu almayıb. Azərbaycan Qəbələ RLS-i 2012-ci ilədək Rusiyaya icarəyə verib. İcarə müddəti ərzində stansiyanın gələcək istifadəsi məsələsi öz həllini tapmalıdır.
 
  • Yazılıb
  • da (də) 2009 Oct 09