Tarix : 2009 Oct 09
Kod 14398

O İslam dövlətləri ki, Livanda, Fələstində və başqa ölkələrdə edilən cinayətlər qarşısında laqeyi...

İslam iki müsəlmanı qardaş adlandırır ki, bu da sevginin ən ali birləşməsidir və mömin qardaşın o biri mömin qardaş üzərindəki ən kiçik ....
Beynalxalq Servisi/Aran Agentliyi
Deyerler.org/ Ayətullah Məkarim-Şirazi öz fiqh dərsinin əvvəlində Həzrət Peyğəmbərdən (s) gələn: “İslamdan sonra iki müsəlmanın dostluğundan və qardaşlığından uca və ali bir fayda yoxdur” hədisə işarə edərək, dedi: “İslam iki müsəlmanı qardaş adlandırır ki, bu da sevginin ən ali birləşməsidir və mömin qardaşın o biri mömin qardaş üzərindəki ən kiçik öhdəçiliyi odur ki, öz mənafeyini mömin qardaşının mənafeyi ilə bərabər tutsun və bir-biri ilə vəhdətdə olsunlar və əgər narazılıqları varsa, onu kənara qoysunlar ki, düşmən aralarına nüfuz etməsin”.

O, İslami dövlətlər arasında olan münaqişələrə işarə edərək, buyurdu: “Düşmən fitnə və ayrılıq alovunu yandırdı və bizim aramızda münaqişə yaratmaq üçün plan qurdu və bu İslam dövlətlərinin rəhbərlərinin tədbirsizliyi üzündən baş verir və müsəlmanları bugünkü vəziyyətə salır”.

O, davam etdi: “İsrail də bu fürsəti qənimət bilərək, Məscidül-Əqsa üçün plan cızdı və müsəlmanların ilk qübləgahı olan bu yeri “Süleymanın məbədi burdadır” və guya onu bərpa etmək bəhanəsi ilə dağıtmaq istəyirlər və hətta müsəlmanlara orada namaz qılmağa belə icazə vermirlər. Belə ki, müsəlmanların bəziləri müqavimət göstərmiş və polis tərəfindən yaralanmışdılar. Bu hadisələr qarşısında, bu cinayətləri ittiham etmək təkcə İslam Konfransı Təşkilatının rəhbəri tərəfindən kifayət etmir və gərək dünyanın bütün müsəlmanları Qüds günündə olduğu kimi fəryad çəksinlər və bir səslə bu hadisələrə reaksiya versinlər, dayansınlar və düşməni yaxşı tanısınlar”.
 
  • Yazılıb
  • da (də) 2009 Oct 09