Azərbaycan prezidenti Türkiyəyə ixrac edilən qazın qiymətinin aşağı olduğuna görə etirazını bildirib
Azərbaycan Servisi/Aran Agentliyi
O, təkcə 2009-cu ildə Türkiyəyə ixrac edilən qazın həcminin 7 milyard kub/metr olduğunu vurğulayaraq deyib: “Qazın qiyməti ilə bağlı beynəlxalq tariflərin mövcud olmasına baxmayaraq, təəssüflər olsun ki, Türkiyə tərəfi qazın qiymətləri ilə bağlı ədalətsiz mövqe tutaraq, Azərbaycanı bu məsələdə ziyanla üzləşdiriblər.
Hal hazırda Türkiyə tərəfi Azərbaycan qazının hər 1000 kub/metri üçün Azərbaycan tərəfinə 120 dollar pul ödəməsinə baxmayaraq, özü aldığı bu qazı 300-350 dollar dəyərində avropa ölkələrinə satır.