Tarix : 2009 Oct 10
Kod 14439

Türkiyədə İsrail əleyhinə daha bir aksiya

Aksiya zamanı 500 nəfərdən ibarət nümayişçilər İsrail əleyhinə şüarlar səsləndirib
Türkiyə Servisi/Aran Agentliyi

FaktXəbərin verdiyi məlumata görə, Türkiyənin Anadolu şəhərində İsrailin Fələstini işğal etməsinə, Qəzzada törədilən cinayətlərə və Əl-Əqsa məscidində baş verən hadisələrə etiraz 'lam'ti olaraq aksiyası təşkil olunub. Anadolu Gənclik Dərnəyinin təşkil etdiyi aksiya əvvəlcə Bəyazit məscidində cümə namazı ilə başlayıb. Cümə namazından sonra Bəyazit meydanına yığışan 500 nəfərdən ibarət aksiya iştirakçıları tez-tez təkbir deyərək, "Məhv olsun İsrail" və "Nə qədər qan axsa belə Əl-Əqsa azad olacaq" şüarları səsləndirib. Bundan əlavə aksiya zamanı maket üzərinə İsrail bayrağı taxılaraq yandırılıb. Aksiya zamanı çıxış edən Anadolu Gənclik Dərnəyinin İstanbul şöbəsinin sədri Kərəm Sələf, İsrailin Əl-Əqsa məscidini işğal etdiyini ifadə edərək, "Türklər üçün Sultanəhməd və Süleymaniyə işğalı nə deməkdirsə bizim üçün Əl-Əqsa bu mənanı verir" deyib. Eyni zamanda Kərəm Sələf, Türkiyə hökümətindən də İsrailə təzyiq olunmasını və bu ölkə ilə əməkdaşlığa son qoyulmasını tələb edib.

  • Yazılıb
  • da (də) 2009 Oct 10