Rusiya və Ermənistan prezidentlərinin Moskvadakı görüşü zamanı əsas diqqət energetika məsələsinə yönəlib
Rusıya Servisi/Aran Agentliyi
“Yeni Şərq”in verdiyi məlumata əsasən, Rusiya və Ermənistan prezidentlərinin Moskvadakı görüşü zamanı əsas diqqət energetika məsələsinə yönəlib. Regionda Ermənistanı özünün strateji müttəfiqi hesab edən Rusiya İrəvana satdığı qazın qiymətini aşağı salmaq qərarına gəlib.
Moskva eyni zamanda Ermənistana iqtisadi böhrandan çıxmağa kömək edəcək. Bunun müqabilində Rusiya Ermənistanda yeni AES tikmək hüququnu almaq istəyir. Belə bir obyektin inşası 2-5 milyard funt-sterlinqə başa gələ bilər.
“Yeni Şərq”