Tarix : 2009 Oct 14
Kod 14506

Erməni jurnalistlərin avtobusu daşa basıldı

Türkiyəli azarkeşlər erməni himnini fitə basdı
Türkiyə Servisi/Aran Agentliyi

Bursada Türkiyə ilə Ermənistan arasında keçirilən futbol oyunu zamanı erməni jurnalistləri ilə dolu avtobus daşa basılıb. Ölən və ya yaralanan yoxdur. Bir neçə erməni jurnalist avtobusla Atatürk stadionuna yaxınlaşarkən, stadion yolunda qəzəbli izdiham onları daşalyıb. Bundan başqa, oyun başlayan zaman türkiyəli azarkeşlər Ermənistan himnini fitə basıb. (ans)
Xatırladaq ki, Türkiyənin şimal-qərbindəki Bursa şəhərində saat 23.00-da futbol üzrə 2010-cu il dünya çempionatının seçmə oyunları çərçivəsində Türkiyə ilə Ermənistan milliləri qarşılaşırlar. İki yığmanın oyununu Ermənistan və Türkiyə prezidenti Serj Sarkisyan və Abdulla Gül izləyir. Oyunda həmçinin UEFA prezidenti Mişel Platini də iştirak edir. Oyunu 400 yerli və xarici KİV işıqlandırır, onlardan 12-si oyunu birbaşa efirə yayımlayırrm.

  • Yazılıb
  • da (də) 2009 Oct 14