Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan paytaxtında təbii qaz sızmasından partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə bu gün saat 06.35 radələrində Xətai rayonu Gəncə prospektindəki daşdan tikilmiş 5 mərtəbəli 44 nömrəli evin 78-ci mənzilində qeydə alınıb . Təbii qazın sızmasından ani baş verən partlayış nəticəsində mənzilin pəncərə şüşələri sınıb, ev sahibi Rəvanə Məlikova və onun oğlu Amil isə xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalar aparılır.