Azərbaycan Parlamentinin deputatları Azərbaycan bayrağını Türkiyədə təhqir edənlərin cəzalandırılmasını istəyirlər
Azərbaycan Servisi/Aran Agentliyi
"Azərbaycan bayrağının Türkiyə-Ermənistan matçında təhqir edilməsi məsələsi ilə bağlı narahatlığımızı Türkiyə Parlamentinin Xarici əlaqələr komissiyasının rəhbərlərinə çatdırmışıq. Azərbaycan tərəfi Türkiyədən bu hadisənin araşdırılmasını və günahkarların tapılıb cəzalandırmasını istəyib. Azərbaycan tərəfi Türkiyədən bu məsələ ilə bağlı cavab gəzləyir", - Trend News-un məlumatına görə, bu barədə cümə günü Ankarada səfərlərinin yekunlarına dair keçirdikləri mətbuat konfransında Azərbaycan Parıamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) vitse-prezidenti Səməd Seyidov bildirib. Seyidov deyib ki, Azərbaycanda Türkiyənin bayrağına böyük hörmət edilir və qarşı tərəfdən də bu hörmət tələb olunur.