İİR Servisi/Aran Agentliyi
Bu il dünyanın ən çox qol vuranı futbolçusu İran azərbaycanlısı Əli Dayi seçilib. Verilən məlumatına görə, bu barədə İranın İRNA xəbər agentliyi cümə günü məlumat yayıb. Bu gün Parisdə dünyanın tanınmış futbolçuları arasında ən çox qol vuranların siyahısı açıqlanıb. İranlı futbolçu Dayi 149 oyunda 109 qolla birinci yeri tutub. Dayi İran və Asiya futbol tarixinin ən adlı-sanlı futbolçularından biridir. Dayi 1969-ci il martrın 21-də İranın Ərdəbil şəhərində doğulub. Əslən İran azərbaycanlısı olan bu futbolçu beynəlxalq görüşlərdə braziliyalı Pele və macaristanlı Puşkaşdan daha çox qol vurub. Dayi futbol üzrə İran yığmasının və "Saypa"nın hücumçusu olub. 2007-ci ildə peşəkar karyerasını tamamlayıb.