Tarix : 2009 Oct 20
Kod 14575

Beynəlxalq “Qafqazın Tarixi” konfransi

Bu konfrans Təbrizdə mehr ayının 28, 29( oktyabrın 20, 21)-da keçiriləcək
Beynalxalq Servisi/Aran Agentliyi
Beynəlxalq konfrans “Qafqazın Tarixi” daxili və xarici ekspertlərin iştiraki ilə Təbrizdə keçiriləcək.
Bu konfrans Təbrizdə mehr ayının 28, 29( oktyabrın 20, 21)-da keçiriləcək.
Konfransın baş katibi, Həsən Güli jurnalistlərə müsahibə verərək bildirdi, bu konfransa İrandan 350 məqalə, Xarici ölkələrdən isə 50 məqalə göndərilib.bunlardan 270 məqalə seçilib. İrandan 150 məqalə və xarici ölkələrdən 20 məqalə.
Həsən Güli, məqalələrin məzmunu haqqında dedi: 150 məqalədən 100 məqalə seçilmiş universitet müəllimlərinə göndərildi.onların fikrinə əsasən iki gün müddətində İrandan 18 məqalə oxunacaq və 50 məqalə çap ediləcək. Həmçinin bu konfransda Rusiya, Türkiyə, Azərbaycan respublikası, Gürcüstan və ... ölkələrdən iştirak edən tədqiqatçılar öz məqalələrini oxuyacaqlar.
Mehrin 28-də(oktyabrın 20)saat 9:00-da Tibb fakültəsinin “Şayan Mehr” zalında Konfrans öz işinə başlayacaq.konfransın açılışında Şərqi Azərbaycanın məsul şəxsləri və tanınmış alim çıxış edəcək.
Həsən Güli artırdı: bu konfransda tarixi sənədlər və Qafqaza aid kitablar sərgilənəcək.hətta çalışırıq bütün universitetlərin iştiraki ilə “Qafqaz Tədqiqat Mərkəzi”ni Təbrizdə açaq.
Həsən Güli müsahibənin sonunda xatırlatdı ki, bu konfrans mədəni müəssisə“Aran”, Təbriz universitetin Tarix fakültəsi, bəzi universitetlər, tədqiqat mərkəzləri,mətbuatın iştiraki ilə mehr ayının 28, 29-da bərpa ediləcək.bu konfransdan məqsəd daxili və xarici alimlərin həmfikirliyinə, Tarixi sənədlərin araşdırılmasına şərait yaratmaq və Qafqaz tarixində edilən təhriflərə son qaymaq, Qafqaz və İranın tarixi və dini əlaqələrini gücləndirməkdir.
  • Yazılıb
  • da (də) 2009 Oct 20