Tarix : 2009 Oct 21
Kod 14584

Bakıda alimlər aksiya keçirdi

Məmurlar bizi qorxu içərisində saxlayırlar
Azərbaycan Servisi/Aran Agentliyi

Dünən  saat 13:00-da Yasamal rayonu, 546-cı məhəllədəki (“Elmlər Akademiyası” metrosunun qarşısındakı) söküləcəyi söylənilən qəzalı binanın sakinləri aksiya keçiriblər. Binanın həyətinə yığışan sakinlər heç bir şərtlə evlərindən çıxmayacaqlarının söyləyiblər. “Bu məmurlar bizi qorxu içərisində saxlayırlar. İki gündən bir qazı, suyu, işığı kəsirlər ki, burdan çıxıb gedək. Amma biz heç bir şərtlə evlərimizdən çıxmayacağıq”- deyən bina sakini, jurnalist-şərqşünas Səfər Cəfərov sakinlərin kirayə pullarından imtina etdiklərini söyləyib: “Bizə demişdilər ki, köçən sakinlərə altı aylıq kirayə pulu veriləcək. Amma gedin soruşun, heç kim bu pulu almayıb. Puldan imtina etmişik”.  Bina sakinləri Yasamal Rayon İcra Hakimiyyəti başçısının əraziyə gəlməsini tələb ediblər. Adi MİS rəisinin belə onlara hədə-qorxu gəldiyini deyən sakinlər bu haqda Prezident Administrasiyasına məlumat verəcəklərini bildiriblər: “Burda yaşayanların 90 faizi alim, akademik, professordur. Dünyanın heç bir yerində görünməyib ki, 80 yaşlı akademiki zorla küçəyə atsınlar. Bunu edən o məmur tayfası və onların quldur dəstələrinin cəzasını mütləq verilməlidir”. // Yeni Müsavat

  • Yazılıb
  • da (də) 2009 Oct 21