Tarix : 2009 Oct 23
Kod 14595

Xəzəri Tehranda böləcəklər?

Mehdi Səfəri: "Ümid edirik ki, müzakirələrimizin müsbət nəticəsi olacaq"
سرویس خزر/Aran Agentliyi

"Rəsmi Tehran Xəzərin hüquqi statusuna dair Xəzəryanı ölkələrindövlət başçılarının iki ilədən bəri gecikən Bakı sammitinin keçirilməsinə maraqlıdır". Bu barədə dünən jurnalistlərə İran xarici işlər nazirinin müavini, İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfəri açıqlama verib.

Xəzərin statusu ilə bağlı İranın mövqeyi ilə bağlı danışmaq istəməyən nazir müavini tərəflər arasında aparılan danışıqların müsbət nəticələnəcəynə ümid etdiyini deyib. Bakıda Xəzərdə təhlükəsizlik məsələləri ilə bağlı keçirilən konfransa gəlincə isə Mehdi Səfəri deyib ki, sahilyanı ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlıq edilməsinə dair aparılan müzakirələrin müsbət nəticələnəcəyinə ümid edir. "Ümidimiz budur ki, biz bu müzakirələrdə müsbət nəticələr əldə edək. İki ildir Bakı sammiti gecikir, istəyirik ki, burda yaxşı nəticələr əldə olunsun ki, iclas yaxşı keçsin".
Xarici işlər nazirinin müavini Xələf Xələfov isə ölkəmizin mövqeyini açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan Türkmənistan ilə müqavilənin imzalanmasını və yaxın zamanda Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsində bütün Xəzəryanı dövlətlər ilə mövqelərinin yaxınlaşmasını gözləyir: "Biz ümid edirik ki, Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. İnanıram ki, Xəzəryanı dövlətlər razılıq əldə ediblər və müvafiq qurumlar və orqanlar bütün sahələrdə əməkdaşlığımıza yardım edəcək. Hazırkı görüş Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində və ilk dəfə Xəzəryanı dövlətlərin əməkdaşlıq haqqında müqavilə imzaladığı Tehran sammitində açıq qalan bütün məsələlərin həlli üçün çox vacibdir. Tehran sammitində dövlət başçıları tərəfindən qəbul edilən qəti qərar qarşılıqlı səmərəli əməkdaşlığın təmin edilməsi və daxili orqanlar, sərhəd və gömrük xidmətləri tərəfindən hazırkı mexanizmlərin işlənib hazırlanmasına yönəlib".
Nazir müavini deyib ki, digər aktual və mühüm məsələ Xəzər dənizi səthinin bölüşdürülməsidir: "Son zamanlar Xəzəryanı dövlətlər arasında yaxınlaşma isə bu ölkələrin qısa vaxtda razılıq əld edəcəklərinə inanmağa əsas verir".

  • Yazılıb
  • da (də) 2009 Oct 23