Azərbaycan Servisi/Aran Agentliyi
“Azərbaycan Beynəlxalq Universitetinin binasının söküləcəyi ilə bağlı heç bir məlumatım yoxdur”. APA-nın məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib. Xəbəri jurnalistlərdən eşitdiyini söyləyən nazir bildirib ki, bu barədə nazirliyə heç bir məlumat verilməyib: “Belə bir məsələ olsa, bizim də xəbərimiz olacaq”.
Təhsil naziri onu da əlavə edib ki, şəhərin mərkəzində yerləşən ali təhsil müəssisələrinin şəhərdən kənara çıxarılması məsələsi gündəmdədir: “Amma dünyada baş verən iqtisadi-maliyyə böhranı bu istiqamətdə ciddi addım atmağımıza imkan vermir. Ona görə də hələlik mövcud olan təhsil müəssisələrinin bərpası, əsaslı təmiri ilə məşğul ola bilirik. Ali təhsil müəssisələrinin şəhərdən kənara çıxarılması ideyası var. Amma yəqin ki, yaxın zamanlarda belə bir addım atılmayacaq”.