Azərbaycan R-da məscidofobiya hərəkətlərinin ardınca ANS kanalı və ölkənin Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunda bir məscidin yanmasından xəbər veriblər
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan R-da məscidofobiya hərəkətlərinin ardınca ANS kanalı və ölkənin Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunda bir məscidin yanmasından xəbər veriblər.
Hadisənin təfərrüatları ilə bağlı Abşeron rayonun FHK-dan Dəyərlər saytına bildiriblər ki, yanan məscid Məhəmmədi kəndinə məxsus yeganə məsciddir. Lakin komissiyanın əməkdaşı yanğının təfərrüatları haqqında bir qədər sonra məlumat verə biləcəyini deyib.
Dəyərlər saytı yerli sakinlərdən əldə etdiyi məlumata görə isə Məhəmmədi kəndidə deyildiyi kimi təkcə məscid vardır. Lakin orada hər hansı bir yanğının baş verməsi müşahidə olunmamışdır.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən ANS-dən yayımlanan xəbəri təsdiqləsələr də, orada yanğının Abşeron rayonunun hansı məscidində baş verməsi haqda məlumat olmadığı bildirilmişdir.
Qeyd edək ki, "ANS-Press"ə istinadən Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 105 kvadrat metr olan məsciddə əşyalar və 50 kvadrat metrlik ərazi yanıb.