Tarix : 2009 Oct 26
Kod 14649

Müsavat hökumətin qərarına etiraz etdi

Dünən Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib
Azərbaycan Servisi/Aran Agentliyi

Dünən Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyətinə və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə edilib.

Bələdiyyə seçkiləri kampaniyasının gedişatı müzakirə edilib. Millət vəkili İkram İsrafilin, Məclis katibi Tofiq Yaqublunun və Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının bu məqsədlə ölkənin Qərb bölgələrinə etdikləri səfər haqqında Divana məlumat verilib. Divan Bələdiyyə seçkilərində iştirakla bağlı müvafiq qərarlar qəbul edib. Bələdiyyə seçkiləri zamanı real müxalifət partiyaları ilə sıx əməkdaşlıq ediləcəyi və qarşılıqlı dəstək veriləcəyi bir daha təsdiq edilib.

Divan ölkə başçısının imzaladığı və qadınların pensiya yaşının artırılmasını nəzərdə tutan qanun layihəsinin Milli Məclisin plenar iclasına təqdim edilməsinə münasibət bildirib. Qeyd edilib ki, bu hakimiyyətin sosial və iqtisadi siyasətinin açıq-aşkar iflasıdır. Qəbul ediləcəyi təqdirdə ahıl insanların sosial durumunu daha da pisləşdirəcək bu qanun layihəsinə qəti etiraz edilib.

  • Yazılıb
  • da (də) 2009 Oct 26