Azərbaycana Həcc ziyarətinə gedəcək zəvvarların ilk qrupu noyabrın 10-da yola salınacaq
Azərbaycan Servisi/Aran Agentliyi
Bu il Azərbaycandan Həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar üçün sənəd qəbulu iki gün sonra başa çatır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. Mətbuat xidmətinin rəhbəri deyib ki, sənəd qəbulu başa çatandan sonra, noyabrın 10-11-də zəvvarların ilk partiyası avtobusla Həccə yola salınacaq. Noyabrın ikinci ongünlüyündə isə təyyarə ilə Həccə gedəcək zəvvarlar Məkkəyə göndəriləcək: “Bu il Qurban bayramı isə noyabrın 27-də qeyd olunacaq” .
Qeyd edək ki, avtobusla Həcc ziyarətinin qiymətində də dəyişiklik edilib. Belə ki, avtobusla Həccə getmək istəyənlər üçün ayrılan əlavə yerlərin qiymətində də artım olub. Ayrılan əlavə yerlər üçün Həcc ziyarətinin qiyməti 2050 manatdan 2750 manata qədər qaldırılıb. R. Dadaşova deyib ki, əlavə ayrılan yerlər üçün qiymətin qaldırılması QMİ-dən asılı deyil. Bu, səfər xərclərinin bahalanması və zəvvarların daha yaxşı şəraitlə təmin olunmaları ilə bağlıdır.
Təyyarə ilə Həccə getmək istəyənlər üçün isə qiymətlər əvvəl olduğu kimi 3500-5000 manat arası müəyyənləşib.