Tarix : 2009 Oct 29
Kod 14680

İstanbulda İsrail əleyhinə aksiyalara start verildi

Minlərlə etirazçı İstanbulun mərkəzi küçələrinə axışaraq "Məhv olsun qatil İsrail" şüarları ilə İstanbuldakı sionist rejim olan İsrail konsulluğunun önünə toplaşıblar
Türkiyə Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin İstanbuldakı müxbirinin verdiyi məlumata görə Türkiyədə anti-İsrail əhval ruhiyyəsi sürətlə artmaqdadır.

Belə ki, İsrail ordusunun Əl Əqsa məscidində törətdiyi cinayətlərə etirazlar dünən gecədən başlayıb.

Minlərlə etirazçı İstanbulun mərkəzi küçələrinə axışaraq "Məhv olsun qatil İsrail" şüarları ilə İstanbuldakı sionist rejim olan İsrail konsulluğunun önünə toplaşıblar.

"Əl Əqsa məscidinə dəstək" adlı aksiyaya Anadolu Gənclik, İsra mədəniyyət mərkəzi, İHH və digər təşkilatlar qoşulmuş, 2 min İstanbullu İsrailin cinayətlərini lənətləmişdir.

Aksiyada Türkiyənin tanınmış araşdırmaçı yazar İsra xəbər agentliyinin rəhbəri Nürəddin Şirin də çıxış edərək gözü yaşlı halda Türkiyəlilərin və dünya müsəlmanlarının bu cinayətə biganə olmamağa çağırıb.


Nürəddin Şirin Fələstin liderlərinin çıxışlarından sitat gətirərək aksiyaların bu cür davam edəcəyini bildirib.


Aksiya ərəfəsində isə İslam-Azeri.az-ın Türkiyə müxbiri aksiyada səslənməyən məsələlər haqqında Nürəddin Şirindən münasibət öyrənib.


Nürəddin Şirin İslam-Azeri.az internet qəzetinin İstanbuldakı müxbirinin ona ünvanladığı: "Bundan sonra nə etmək fikirindəsiniz?"- O:"Biz 17 gün Qəzzaya hücum olan zaman İsrail konsulluğunu mühasirədə saxladıq. Türkiyəli müsəlmanlar bunu edə bilərlər. Əsas istədiyimiz İsrail rejiminin səfirliyi və konsulluğunun Türkiyə torpaqlarından rədd olmasıdır. İlk qibləmizə olan hücum İslam dünyasına elan edilən müharibədir"-deyib.


"Azərbaycanda bu cür aksiyaların hər zaman olmaması sizi narahat etmirki?"-sualına isə: "Düzdür Azərbaycanda Türkiyədəki kimi etirazlar olmur, ancaq Qüds günü Bakıda çox təntənəli aksiya keçirildi, həmçinin Qəzza müharibəsi və Peresin Azərbaycana gəldiyi ərəfələrdə də aksiyanın şahidi olan İsra xəbərin Bakı müxbiri bizi tam olaraq məlumatlandırdı və biz bu xəbərləri gücümüz çatdığı qədər işıqlandırmışıq. Əlbəttə ki, Azərbaycandakı qardaşlarımız öz dövlətlərinə daha yaxşı bələddirlər. Ancaq hər halda özləri məsləhət biləndə etiraz da etməkdən çəkinmirlər."-deyib.

Aksiyanın sonunda isə etirazçılar İsrail bayraqlarını yandırıblar.

İslam-Azeri.az
  • Yazılıb
  • da (də) 2009 Oct 29