Ali dini lider isə öz növbəsində Ərdoğanı və onunla birlikdə olan qonaqları İranda görməkdən çox məmnun olduğunu və "burada qardaşlarınız arasındasınız" deyə qonaqlara bildirmişdir
Türkiyə Servisi/Aran Agentliyi
Deyerler.org Ayətullahül-üzma Seyyid Əli Xameneyi Rəcəb Tayyib Ərdoğana: "Burada qardaşlarınız arasındasınız!"
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İran səfərinin sonuncu günü ali dini lider Ayətullah Seyyid Əli Xameneyi ilə görüşmüşdür, -"haberler" informasiya portalı məlumat verir.
Ərdoğan görüşü zamanı iki günlük səfəri boyunca ona qarşı göstərilən qonaqpərvərliyə görə Seyyid Əli Xameneiyi cənablarına öz təşəkkürünü bildirmişdir. Ali dini lider isə öz növbəsində Ərdoğanı və onunla birlikdə olan qonaqları İranda görməkdən çox məmnun olduğunu və "burada qardaşlarınız arasındasınız" deyə qonaqlara bildirmişdir.
Seyyid Əli Xameneyi ilə görüşdə, T. Ərdoğanla yanaşı xarici işlər naziri Əhməd Davutoğlu, enerji və təbii sərvətlər naziri Taner Yıldız, dövlət naziri Cevdet Yılmaz, Mehmet Aydın və Zafer Çağlayan da olmuşdur. Mətbuat üçün görüntülərdən sonra, qapalı formada keçən görüş 30 dəqiqə davam etmişdir.