Tarix : 2009 Oct 29
Kod 14683

“Qafqaz Tarixi”beynəlxalq konfransı

.
Azərbaycan Servisi/Aran Agentliyi

Qafqazla əlaqə yaratmaq üçün İranın Şərqi Azərbaycan əyaləti mühüm bölgədir:

Şərqi Azərbaycanın miri əyalətin əhəmiyyətini xatırladaraq artırdı:-bu əyalət İran İslam Respublika ilə Qafqaz arasında mühüm körpü ola bilər.
Əhməd Əlirza Beygi Təbriz universitetində keçirilən “Beynəlxaq Qafqaz” konfransında dedi: - Şərqi Azərbaycan əyaləti müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, mədəniyyət və elmi sahələrdə uğurlu olduğu üçün İranla Qafqazdakı ölkələr arasında əlaqələrin genişlənməsinə təsir edə bilər.
O, dünyada Qafqazın nə qədər əhəmiyyətli olduğuna təkid etdi: - sovet hakimiyyətindən sonra yeni müstəqil olmuş İslami ölkələrin varlığı İslami ölkələrin arasında Qafqazın əhəmiyyətini iki qat artırıb.
Beygi, Qafqaz xalqı ilə İran xalqı arasında olan ortaqlıqları xatırladaraq əlavə etdi:- bu arada İranla Azərbaycan respublikası arasında əlaqələrin genişlənməsinin xüsusi əhəmiyyəti var.din, dil ortaqlığına görə, İran İslam respublikası Azərbaycana yüksək strateji mövqə ilə yanaşır.
Dr. Əmir Əhmədiyan:- Rusiyanın təhriflərinin qarşısını almaq üçün Qafqazın tarixi yenidən yazılmalıdır:
Dr. Əmir Əhmədiyan Çərşənbə axşamı konfransın ilk günüdə dedi:- Qafqazda mövcud olan münaqişələri həll etmək üçün bu, stateji bölgənin həqiqi tarixi yazılmalıdır.
Ruslar tərəfindən tarixin təhrif olunduğunu vurğulayaraq dedi:ruslar tarixi təhrif etməklə məntəqədəki ölkələrə təzyiq edir.Rusiya xalqlar arasında ixtilaflar yaratmaqla çalışır Qafqazdakı nüfuzunu qorusun.
Rusiya Çeçen, Gürcüstan, Qarabağ və ... münaqişələrdən istifadə edərək məntəqədəki ölkələrə təzyiq edir.
Əmir Əhmədiyanın fikrincə, bunların qarşısını almaq üçün tarix yenidən yazılmalıdır.tarixi yenidən yazmaq üçün bütün dövlətlər alimlərə və tədqiqatçılara şərait yaratmalı və müxtəlif universitetlərlə əlaqə yaratmaqla bu məsələ həll oluna bilər.
Əmir Əhmədiyan tarixin yazılmasını belə izah edir:- bugünkü metod tənqidi tarixdir.və bunun əsasında tarixi sənədlər araşdırılmalı, hadisələr tənqid olunmalı və beləliklə ixtilafların mənşəyi aydın olar.
O əlavə etdi:- bu gün Qafqazı İran ərazisindən olduğunu deməyə heç bir ehtiyac yoxdur, biz bu gün tarixi əlaqələrə və ortaq mədəniyyətlərə təkid etməliyik.
İran Qafqazda ərazi iddiası yoxdur.ancaq həqiqətə uyğun olmayan tarixi təhriflərə qarşıyıq.
İran tarixi üzrə tədqiqatçı:İranın taptalanmış hüququndan danışmaq sərhədləri dəyişmək  anlamında deyil:
İran tarixi üzrə tədqiqatçı dedi:-Qafqazda İranın taptalanmış hüququndan söhbət etmək sərhədləri dəyişmək anlamında deyil.
Dr.Huşəng Taleyi konfransın son günündə çərşənbə günü dedi: təəssüflərlə, İranın tarixində İranın parçalanması haqqında heç bir tədqiqat aparılmayıb.
O xatırladı:- əgər İranın parçalanmasını və müxtəlif sahələrini araşdırmasaq, bu ölkənin gələcəyi haqqında qəti bir qərara gələ bilmərik.
Rusiyanın tarixi təhriflərinin qarşısında İranda bəzi elmi yığıncaqlar passivləşiblər. Dr.Huşəng Taleyi onları tənqid edərək əlavə etdi, bizim və Qafqaz xalqının problemi bundadır ki, keçmiş 200 ilin tarixindən xəbərsizik.
Qafqazda Rusiyanın xəyanətlərindən danışmaq və Qafqazdakı tarixi təhrifləri aydınlatmaqdan məqsəd ərazi iddiası deyil, bəlkə təhriflərin qarşısını almaqdır.
Taleyi əlavə etdi: Avropa ölkələri müxtəlif mənafelərə sahib olmalarına baxmayaraq Avropa birliyinə üzvdürlər.amma İran və Qafqaz tarix və mədəniyyət sahələrində ortaqlıqları var ancaq bir-birlərindən ayrıdırlar.
Bu konfransdan məqsəd İran və Qafqaz xalqları arasında birlik yaratmaqdır.
Dr.Alksandr Çoloxadze: Qafqazda İran mədəniyyətinin təsiri danılmaz bir faktdır:
Tiflis universitetinin məşhur Gürcü şərqşünası dedi:- İranın tarix və mədəniyyəti uzun müddət Qafqaza təsir edib və bu danılmaz bir faktdir.
Dr. Alksandr Çoloxadze jurnalistlərlə müsahibədə dedi:- buna baxmayaraq ki Gürcü xalqı 1700 il bundan öncə xristian dinini qəbul edib, ancaq İranın mədəniyyətini Gürcüstanda aydın şəkildə müşahidə etmək olar.
Dr. Alksandr Çoloxadze “İran və Gürcüstanın mədəni əlaqələri”adlı məqalə ilə konfransda iştirak etdi:- iki xalqın dini fərqlərinə baxmayaraq mədəni əlaqələri genişdir və buna görə də eyni tarixə sahidirlər.
O həmçenin xatirlatdı ki, İran və Gürcüstan arasında mədəni əlaqələr iki ölkənin əlaqələrini möhkəmləndirir.
Buna baxmayaraq iki xalqın din və əlifbasında fərqlər var, ancaq İran ədəbiyyati Gürcüstan ədəbiyyatına təsiri çox olub.belə ki hətta bu gün yeni nəsl Hafiz, Sədi və Xəyyamın şeirləri ilə tanışdır.
Ruslar Qafqazın tarixini təhrif ediblər və Gürcü tədqiqatçılar həqiqətləri ortaya çıxartmağa çalışırlar.
Şayəd siyasətçilər bu təhriflərdən bir sıra məqsədlərə istifadə edirlər, ancaq elm adamları bu təhriflərə qarşıdırlar.və buna misal olaraq beynəlxalq jurnallarda Gürcü alimlərin məqalələrini görmək olar.
Dr. Alksandr Çoloxadze belə bir konfransın keçirilməsindən istiqbal etdi və artırdı:-bu konfrans alimlərin fikir mübadiləsinə İran və Qafqaz xalqının yaxınlaşmasına və ixtilafların həllinə səbəb oldu.
Ərdəbilin Miri: Qafqaz tarixinin təhrifinə səbəb ruslardır:
Ərdəbilin miri, Dr. Həqiqətpurun çıxışı 7 hissədən ibarətdir.
Qafqazın əhəmiyyəti, iki mədəniyyətin varlığı Asiya, Avropa(İslam və Xristian) və müxtəlif xalqların varlığı məntəqəni dolaşıq vəziyyətə salıb.Qafqazın əhəmiyyətinə səbəb üç qədim mədəniyyətin, o cümlədən İran(Ariyalı), Osman və Rusiya olmasıdır. sasanilər dövründə İran mədəniyyəti Qafqazda mövcuddur və azərilər, tatlar, talışlar, ermənilər bu bölgəyə aiddir.və bütöv Qafqazda İranın mədəniyyətini müşahidə etmək olar.ikinci mədəniyyət osmanlılara və üçüncü mədəniyyət isə ruslara aid idi.və Rus mədəniyyəti son zamanlar geniş şəkildə yayılıb.
Ruslar daha çox dini məhv etmək üçün çalışdılar.onlar əlifbanı kril əlifbasına dəyişdirdilər.Dr.Həqiqətpurun fikrincə, tarixi təhriflər yeni müstəqil olmuş dövlətlər tərəfindən də yürüdülür.ruslar və bir sıra yeni müstəqil olmuş ölkələr tarixi təhrif edirlər.heç bir tarixi sənədlərdə Arazın şimalı Azərbaycan adlanmayıb və kimlər Aranı Azərbaycan adına və Badkubəni Bakı adına dəyişdirdilər.
Sovet hakemiyyəti dağıldıqdan sonra və Ruslar Qafqazdan geri çəkildikdən sonra Qafqazın vəziyyəti daha gərginləşdi.və yeni rəqiblər məntəqədə tapıldılar.Qərb və xüsusən Amerika, Nato, sionist rejimi öz mənafelərini təmin etmək üçün bölgədə aktiv şəkildə fəaliyyət göstərirlər.hətta demək olar ki, İsrailin məqsədi birinci mərhələdə İran İslam respublikasının qarşısında dayanmaq və ikinci mərhələdə Nildən Xəzərə kimi(Nilin əvəzinə Fərata)ərazi iddiası etsin.
sələfi və vəhabilərin fəaliyyəti məntəqəyə təhlükəlidir.hal-hazırda Qafqazın problemi sərhədlərin dəyişməsidir.o cümlədən Qarabağın azad olunmaması və münaqişənin həllində məntəqədən kənar dövlətlərin fəaliyyətlərini səmərəsiz olduğunu bəyan etdi. 
O əlavə etdi:-Türkiyə Ermənistanla əlaqəsini genişləndirdikcə Azərbaycanla əlaqəsi zəifləyəcək. Amerikanın nüfuzu məntəqədə azalacaq. Məntəqənin inkişafi üçün bölgədəki ölkələrin, o cümlədən İranın rolu ola bilər.
“Qafqazın Tarixi”beynəlxalq konfransın manifesti:
1.    Qafqazın tarixi aydınlaşdırılmalıdır.elmi, mədəni, siyasi yollarla və həmçinin tədqiqat qrupları ilə təhriflərin qarşısını almaq və tarixi yenidən yazaq.
2.    İran və Qafqaz arasında olan tarix və mədəniyyət ortaqlıqları, elmi və mədəni fəaliyyətlərə imkan yaradır.bu istiqamətdə İran və Qafqazdakı universitetlərdən müəllimlər və tələbələr mübadilə edilsin.İranın şimal-qərbində, xüsusi ilə Təbriz universitetində “Qafqaz tədqiqat mərkəzi” açılsın.
3.    Qafqazın qədim tarixini xatırlatmaqla İran İslam Respublikasi ilə Qafqazdakı ölkələrin siyasi əlaqələri daha möhkəmləndirilsin.və hər bir ölkənin milli mənafeyi qorunsun.
4.    Qafqazdakı xalqlar daima sülhdə yaşasınlar. Və bütün ölkələrin ərazi bütövlüyü qorunsun. və hər bir münaqişənin qarşısı alınsın.
5.    Xəzər dənizi sülh və dostluq dənizidir.kənar dövlətlərin iştiraki olmadan Xəzərin Hüquqi Statusu təyin olunmalıdır.
6.    İran xarici siyasətində çalışmalıdır ki, məntəqədən kənar ölkələrin Qafqazdakı fəaliyyətlərini aydınlatmalıdır. dövlətləri və xalqları milli mənafelərini qorumağa çağırmalıdır.məntəqədə sülh yaratmağa çalışmalıdır.
7.    Təbriz şəhəri Qafqaz xalqı üçün olduqca əhəmiyyətlidir.Qafqaz xalqına Təbrizi yaxşı tanıtmaq üçün gərək mədəniyyətini, tarixini və incə sənətini təbliğ edək.buna görə Şərqi Azərbaycanın elimi və mədəni mərkəzləri Qafqazdakı ölkələrin mədəni orqanları ilə əməkdaşlıq etməli və hətta İranın Qafqazdakı mədəni orqanları ilə əməkdaşlıq etməlidir.
8.    Məntəqədəki ölkələrlə əlaqələri genişləndirməklə siyasi, mədəni, iqtisadi və ....  orqanlar təşkil etməklə Qafqazdakı dövlətlərin və xalqın ehtiyacını məntəqədən kənar ölkələrdən azaldıb və İranla əlaqələr genişlənməldir.
9.    İran və Qafqazın tarix, mədəniyyət sahələrində ortaqlıqları çox olduğuna görə əlaqələr genişlənməli və bu istiqamətdə bir sıra simvolik işlər görməliyik.o cümlədən Təbriz-Culfa şose yolunun adını Qafqaz qoymalıyıq.
10.Tarix və mədəniyyət ortaqlığına görə və xalqlar arasında birlik yaratmaq üçün konfransın baş katibi və Təbriz universitetinin rektoru cənab Dr. Ələvinin razılığı əsasında “Aran”müəssisəsi Qafqaz araşdırmalar mərkəzinə çevrilib.burada elmi və mədəni yollarla tarixin həqiqətlərini aydınladacayıq və İranla Qafqazın əlaqələrinin möhkəmlənməsi üçün çalışacayıq.
“Qafqaz Tarixi”beynəlxalq konfransın elmi sədri            Dr. Cəlil Nayebiyan
“Qafqaz Tarixi”beynəlxalq konfransın baş katibi             Həsən Güli
  • Yazılıb
  • da (də) 2009 Oct 29