Onlardan 260 nəfəri dünyasını dəyişib, parlament isə onlara yardımı nəzərdə tutan qanunu qəbul etmir
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanda 2 min 140 nəfər HİV infeksiyasına yoluxub. Onlardan 260 nəfəri dünyasını dəyişib. Ümumilikdə HİV-ə yoluxanların 85 faizini kişilər, 15 faizini qadınlar təşkil edir. Bu insanların 84 faizi əmək qabiliyyətlidir. APA-nın xəbərinə görə, bu barədə Mili Məclisin (MM) Sosial Siyasət Komitəsinin dünənki iclasında “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (HİV infeksiyasının) yayılmasının qarşısının alınması haqqında” qanun layihəsi müzakirə olunarkən sənədi hazırlayan İşçi Qrupunun rəhbəri, millət vəkili Musa Quliyev bildirib. M. Quliyev deyib ki, Azərbaycanda HİV daşıyıcılarının 65 faizi vena daxillinə narkotika köçürmək yolu ilə, 23,4 faizi cinsi və digər yollarla yoluxublar. Deputat MDB məkanında Azərbaycanda ilk də dəfə olaraq, belə bir qanunun 1996-cı ildə qəbul edildiyini xatırladaq bildirib ki, o zaman ölkədə HİV-ə yoluxanların sayı cəmi iki nəfər olub. M. Quliyev yeni bir qanunun qəbul edilməsinin zamanın tələbi olduğunu vurğulayıb. Komitə sədri Hadı Rəcəbli isə layihənin iki ildən bəri qurumda olduğunu açıqlayıb. 6 fəsiL, 30 maddədən ibarət sənədin müzakirəsi davam etdirilir. Müzakirələrdən sonra sənəd daha ətraflı işlənilməsi üçün komitəyə qaytarılıb.