Tarix : 2009 Oct 31
Kod 14711

KRİTİK SUALIN CAVABI TAPILDI

Və Ermənistan Türkiyənin "Dağlıq Qarabağ" şərtini rədd etdi
Türkiyə Servisi/Aran Agentliyi

Azərbaycana Qarabağ problemi həll edilmədən Ermənistana sərhədləri açmayacağı sözü verən Türk kökumətinin nə edəcəyi maraq doğurur.

FaktXəbərin "Vətən" qəzetinə istinadən verdiyi məlumata görə, işğalçı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın verdiyi açıqlamada, "Türkiyə ilə Ermənistan arasında müzakirələr nəticələnmiş və diplomatik əlaqələrin qurulması ilə sərhədlərin açılması üçün protokollar imzalanmışdır. Bu protokolları təsdiqləyib tətbiq etməyəcəkdiksə niyə imzaladıq? Bütün beynəlxalq ictimaiyyət bunların dərhal tətbiq olunmasını və protokollardakı ifadələrə hörmət göstərilməsini istəyir" - deyə bildirib. O həmçinin Dağlıq Qarabağ probleminin Türkiyə-Ermənistan əlaqələrindən tamamilə müstəqil bir problem olduğunu söyləyib.

MƏSULİYYƏT, PROTOKOLUN ŞƏRTLƏRİNƏ ƏMƏL ETMƏYƏNİN ÜZƏRİNDƏ QALAR

Nalbandyan "Əgər bir tərəf protokolların təsdiqlənməsi və tətbiq olunmasını təxirə salarsa, bu mövzuda problemlər çıxaracaqsa, ortaya çıxacaq olan mənfi nəticələrin məsuliyyətini də, o tərəf boynuna götürər. Dağlıq Qarabağ probleminin Türkiyə-Ermənistan əlaqələrindən müstəqil olduğu yalnız Ermənistanın deyil, beynəlxalq cəmiyyətin də fikiridir" - deyə bildirib.

  • Yazılıb
  • da (də) 2009 Oct 31