Tarix : 2009 Oct 31
Kod 14712

Bakıda Kərbəlayi Abdulla məscidində azana icazə verilmədi

Kərbəlayi Abdulla məscidində azanın səsləndirilməsinə icazə verilmədi
Azərbaycan Servisi/Aran Agentliyi
DEVAMM-dan verilən məlumata görə, bu gün - oktyabr ayının 31-də “Kərbəlayi Abdulla” məscidində, həmişəkindən fərqli olaraq, məğrib azanının səsləndirilməsinə mane törədilib. Belə ki, “Kərbəlayi Abdulla” məscidində ibadətə gedən inanclıların bildirdiyinə görə, azanın həmişəki qaydada minarələrdən səsləndirilməsi zamanı bunun qarşısı alınmışdır. Mövzu ilə bağlı araşdırmalar davam edir.

Xatırladaq ki, 2007-ci ildə məmurlar tərəfindən bu kimi qadağalar tətbiq edilməyə başlanılıb. Amma dindarların, ictimaiyyətin buna qəti etirazlarından sonra məmurlar tərəfindən bu qadağanın icra edilməsi dayandırlmışdır.

  • Yazılıb
  • da (də) 2009 Oct 31