Azərbaycan Servisi/Aran Agentliyi
Paytaxt məktəblərindən birində vəba xəstəliyi aşkarlanıb. Fakt Sabunçu rayonu 67 saylı orta məktəbdə qeydə alınıb. Belə ki, məktəbin 2-ci sinif şagirdi Fərid Niftəliyevdə xolera çöpləri tapılıb. Dərhal Sabunçu rayon 5 saylı Birləşmiş Yoluxucu Uşaq Xəstəxanasına yerləşdirilən şagirddən analiz götürülüb. Analiz şagirdin orqanizmində xolera çöpləri olduğunu və Fərid Nifəliyev bu xəstəliyin daşıyıcısı olduğunu təsdiqləyib. Hadisə məlum olandan sonra 67 saylı məktəbin 2 A sinifində xəstəliyə qarşı dizenfeksiya işləri aparılıb və otaqdakı havadan nümunələr götülüb.