Azərbaycan və Ermənistandan olan tələbələr Türkiyədə görüşüblər. Türkiyə mətbuatının məlumatına görə, Qars şəhərinin Sarıqamış rayonunda görüşən gənclər...
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan və Ermənistandan olan tələbələr Türkiyədə görüşüblər. Türkiyə mətbuatının məlumatına görə, Qars şəhərinin Sarıqamış rayonunda görüşən gənclər, "Ortaq bir nöqtədə görüşdük", deyərək dostluq mesajı veriblər.
Belə ki, Quzey Doğa Dərnəyi, Təbiət Məktəbi layihəsi çərçivəsində Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyənin müxtəlif universitetlərinin hər birindən 4 tələbə olmaqla ümumilikdə 16 tələbəni Qarsda görüşdürüb.
Türkiyədə, əsasən də Qarsda olmaqdan son dərəcə şad olduğunu deyən erməni tələbə Luba Balyan son dərəcə xoşbəxt olduğunu deyib. “Azərbaycanlı dostlarımızla bir yerdə olduğuma görə son dərəcə sevinirəm. Eyni layihə çərçivəsində işləyirik. Qarsın təbiəti çox gözəldir. Buraya yenidən gələcəyimi ümid edirəm", deyə Luba Balyan qeyd edib.
Azərbaycanlı tələbə Sevinc Saruxanova isə başqalarının nə düşündüyünü onları maraqlandırmadığını bildirib. “Erməni dostlarla yaxşı anlaşırıq. Hətta eyni otaqlarda qalırıq. Onsuz da aramızda problemin olması mümkün deyil. Biz təbiətin vurğunuyuq. Bizim dilimiz təbiətdir. Qafqaz ölkələri olaraq eyni coğrafiyada yaşadığımıza görə bir araya gəmişik, bu bərabərliyi davam etdirəcəyik”. /ans/