Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində yenidən hərbi təlimlərə başlayıblar
Ermənistan Servisi/Aran Agentliyi
FaktXəbərin ölkə mediasına istinadən verdiyi məlumata görə, erməni ordusu bu gün saat 12.00-dan etibarən Ağdamın işğal altında olan Şahbulaq dağı və Uzundərə adlanan əraziləri istiqamətində müxtəlif tipli silahlardan istifadə etməklə atəşlər açırlar. Rayonun nəinki cəbhəyanı kəndlərində, hətta qonşu Ağcabədi, Bərdə və Tərtər rayonlarının Ağdamla həmsərhəd kəndlərində də artilleriya və zirehli texnikalardan açılan atəş səsləri eşidilir. Təmas xəttinə yaxın ərazilərdə isə hərəkətdə olan zirehli texnika və hərbi avtomobillərin səslərini eşitmək mümkündür. Təlimlərin davam etdiyi müddətdə qoşunların təmas xəttində hələlik nisbi sakitlik müşahidə olunur.