İİR-nin prezidenti noyabrın 8-də İslam Konfransı Təşkilatının iqtisadi və ticarət əməkdaşlıqları daimi komitəsinin iclasında iştirak etmək üçün Türkiyəyə gedəcək
Türkiyə Servisi/Aran Agentliyi
İİR-nin prezidenti noyabrın 8-də İslam Konfransı Təşkilatının iqtisadi və ticarət əməkdaşlıqları daimi komitəsinin iclasında iştirak etmək üçün Türkiyəyə gedəcək.
İRNA-nın bugünkü məlumatına əsasən Mahmud Əhmədinejadın bu iclasda iştirakdan əlavə Türkiyə və bir neçə digər islami ölkənin yüksək səviyyəli rəsmiləri ilə görüşüb müzakirə edəcəyi qərara alınıb. Iranlı tacirlərlə görüş və bir mətbuat konfransda iştirak etmək gələn həftə Əhmədinejadın iki günlük Türkiyə səfərinin başqa proqramlarından olduğu elan edilib.