Amerikalılara, İranın son seçkilərdən sonra baş verən bəzi hadisə və məsələlərə ümid bağlamamalarını tövsiyə edirəm
İİR Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin İran KİV-lərinə istinadən yaydığı xəbərə görə İran İslam İnqilabının Ali Dini Lideri Ayətullah Seyyid Əli Xamenei bu gün tələbə və şəhid ailələrini qəbul edib.
Qəbulu zamanı çıxış edən Ayətullah Xamenei ABŞ-ın təhdidlərinə münasibət bildirib.
"ABŞ hökuməti, istilaçı və təhdid edici xüsusiyyətlərdən imtina etmədikcə, İran xalqı Ağ Evin sülh görünüşlü vədlərinə aldanmayacaq və müstəqillik, azadlıq, milli mənfəət və qanuni haqqlarından əsla geri addım atmayacaq"-deyən Ayətullah Seyyid Əli Xamenei "Dünya İmperializmiylə Mübarizə Günü" münasibətilə təşkil edilən çıxışda ABŞ-ın təhdidlərini İran xalqının ciddi saymadığını bildirib.
İrandakı gənclərin imanının güclü və hədəfli olduğunu bildirən Ayətullah Xamenei: "Bu günki gənclərimizin istiqamətli hədəfləri İnqilabın əvvəl illərindəki gənclərdən çox olmasa belə onlardan az sayılmaz"-deyib.
İranın İslami nizamını çökdürmək üçün ABŞ və digər qərb ölkələrinin əlbir olduğunu da diqqətə çəkən Ayətullah Xamenei: "Amerikalılara, İranın son seçkilərdən sonra baş verən bəzi hadisə və məsələlərə ümid bağlamamalarını tövsiyə edirəm. Çünki İran İslam respublikası bu cür hadisələrdən təsirlənməyəcək qədər daha dərin və daha köklüdür. Bu ölkədəki İslami nizam keçmişdə, bunlardan daha çətin hadisələrə də qalib gəlməyi bacarmışdır" -deyib.